» » » Bakıda daha bir gənc qız dəm qazından zəhərləndi - FOTO

Bakıda daha bir gənc qız dəm qazından zəhərləndi - FOTO

Bakıda daha bir gənc qız dəm qazından zəhərləndi - FOTO

Araşdırmalar aparılır.

Bakıda daha bir gənc xanım dəm qazının qurbanı olub.

ucarliyiq.biz "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə faciənin qurbanı olan Sevinc İbrahimovanın yaxınları sosial şəbəkədə məlumat yayıb. 

Onlar bildiriblər ki, Sevinc İbrahimova dünən yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Artıq Daxili İşlər Nazirliyi də bu barədə məlumat yayıb. Məlumatda dünən Sevinc İbrahimova ilə yanaşı daha bir paytaxt sakininin dəm qazından öldüyü bildirilir.

Həmin şəxs isə Xətai rayonu ərazisində yaşayan Dövlətgəldi Qurbanovdur. Onların hər ikisi mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Araşdırmalar aparılır.

Qeyd edək ki, son günlər dəm qazından ölənlərin sayı artıb. Demək olar ki, hər gün bir və bir neçə nəfər faciə qurbanı olur. 

Bakıda daha bir gənc qız dəm qazından zəhərləndi - FOTO