» » » Stiven Siqal: İlham Əliyevə heyran oldum

Stiven Siqal: İlham Əliyevə heyran oldum

Stiven Siqal: İlham Əliyevə heyran oldum

“Bura yer kürəsindəki ən yaxşı şəhərlərdən biridir”.

Prezident İlham Əliyev mənə “marshal arts” və aykidonun Azərbaycanda inkişafıyla bağlı yeni iş təklif edib və mən buna razılıq vermişəm.

ucarliyiq.biz xəbər verir ki, bunu Hollivud ulduzu Stiven Siqal Qafqazinfo-ya müsahibəsi zamanı bildirib.

O, “Bakıda sizi əsas heyran edən nə oldu?” sualına belə bir cavab verib:

“Prezident… O, məni heyran etdi, çünki onun mənəviyyata baxışı tam fərqlidir. Və mən Azərbaycan Prezidenti ilə tanış olduğum üçün çox xoşbəxtəm.

Sünni və şiə müsəlmanların eyni məsciddə ibadət etmələri, bir-birindən çox da uzaq olmayan xristian kilsələri və yəhudi sinaqoqları, hamının bir-biri ilə dil tapması çox xoşuma gəldi. Məncə, bura yer kürəsindəki ən yaxşı şəhərlərdən biridir”.