» » » “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsinə start verildi – FOTO

“Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsinə start verildi – FOTO

“Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsinə start verildi – FOTO

“Mətbu sözün təsir gücündən səmərəli istifadə edilməlidir”.

“Demokratik Islahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi çərçivəsində  dekabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirmişdır. 

ucarliyiq.biz-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan birliyin idarə heyətinin rəhbəri Vüsalə Hüseynli   bildirib ki,  layihənin əsas məqsədi Azərbaycan həqiqətlərini, Qarabağ problemini dünyaya daha yaxından tanıtmaq məqsədilə mətbu sözün təsir gücündən səmərəli istifadəyə nail olmaq, eləcə də Azərbaycan haqqında beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərməkdir. 

“Bu məqsədlə bir qrup mətbuat nümayəndələri, gənclər, ictimaiyyət nümayəndələri ilə müxtəlif dəyirmi masalar keçirilmiş, dəyirmi masaların nəticəsi olaraq irəli sürülən maraqlı təkliflər əlaqədar qurumlara təqdim edilməsi nəzərdə tutulmuşdur”, - deyə V.Hüseynli bildirib.

O, qeyd edib ki, gənc dövlət olan Azərbaycanın istər mədəniyyəti, turizmi, istər tarixi, Dağlıq Qarabağ kimi ağrılı bir probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu günə kimi ciddi işlər görülmüşdür. 

“Mütəmadi olaraq, bəzi beynəlxalq media qurumları tərəfindən Dağlıq Qarabağın işğalçı Ermənistanın ərazisi kimi göstərilməsi, bu işğal barədə həqiqətdən uzaq mövzuların tirajlanması beynəlxalq ictimaiyyətdə bir çaşqınlıq, yalan informasiyaların ayaq açmasına şərait yaradır. 

Bu səbəbdən düşünürük ki, bizim media mənsubları özləri bu istiqamətdə bir vətəndaş borclarını həyata keçirərək istənilən vasitədən faydalanmaqla bu problem barədə, Azərbaycanın doğru təqdimatı barədə müəyyən yolları araşdırmalıdır”, - deyə V.Hüseynli vurğulayıb.

QHT sədri ictimai birliyin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin Gəncə şəhərində  gənclər və region mediasının nümayəndələri ilə  görüşünün nəticələri barədə də məlumat verib. O, vurğulayıb ki, 3 gün  müddətində hədəf qrupları arasında dəyirmi masa ətrafında müzakirələr aparılıb, abadlaşmış Gəncə ilə tanışlıq həyata keçirilib, bir sıra tarixi abidələrə baş çəkilib.

Dəyirmi masada bir sıra millət vəkilləri, ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri və media nümayəndələri mövzu ətrafında müzakirə aparıblar.