» » » Bakı Metropoliteni Yeni il sürprizi hazırlayır

Bakı Metropoliteni Yeni il sürprizi hazırlayır

Bakı Metropoliteni Yeni il sürprizi hazırlayır

Sərnişinlər metroda xoş sürprizlərlə qarşılaşacaqlar.

Bakı Metropolitenində sərnişinlərə bayram abu-havası yaaştmaq üçün Yeni il sürprizi hazırlanır.

Bu barədə ucarliyiq.biz-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

O bildirib ki, sərnişinlərin metroda Yeni il bayramının personajları olan Şaxta baba və Qar qızla rastlaşa biləcəklər. 

Qurum rəsmisi qeyd edib ki, bayram ərəfəsində sərnişinlər metroda xoş sürprizlərlə qarşılaşacaqlar.

Elvin Əhmədov