» » » Çin Azərbaycana zibildaşıyan maşın bağışladı

Çin Azərbaycana zibildaşıyan maşın bağışladı

Çin Azərbaycana zibildaşıyan maşın bağışladı

Dəyəri 20 milyon yuandan çox avtomobillər.

Dekabrın 14-də Çanşa şəhərində (Mərkəzi Çin) Çin hökumətinin yardım qismində Azərbaycana təqdim etdiyi 45 kommunal xidmət avtomobilinin göndərilməsi mərasimi baş tutub.

ucarliyiq.biz Çin mətbuatına istinadən xəbər verir ki, mərasim Zoomlion şirkətinin sənaye parkında baş tutub.

Ümumi dəyəri 20 mln. yuandan çox olan (3,1 mln. ABŞ dollarından çox) bu maşınlar Zoomlion şirkəti tərəfindən buraxılıb və zibildaşıyan maşınlarla kanalizasiya borularına xidmət avtomobillərindən ibarətdir.

Əvvəlcə maşınlar Şanxaya, buradan isə dənizlə Azərbaycana göndəriləcək. Yükün bu marşrutla çatdırılma vaxtı 45-60 gün təşkil edir.

Qeyd olunur ki, əsası 1992-ci ildə qoyulmuş Zoomlion şirkətinin iştirakı ilə kommunal xidmət maşınlarının Azərbaycana göndərilməsi “İqtisadi İpək yolu xəttinin” yaradılması üzrə təşəbbüsün həyata keçirilməsində mühüm addımdır.