» » » Seksual analitik: Hamı Qafqaza, Azərbaycana! – VİDEO

Seksual analitik: Hamı Qafqaza, Azərbaycana! – VİDEO

Seksual analitik: Hamı Qafqaza, Azərbaycana! – VİDEO

Seksual analitik türk kişilərinə əvəz axtarır.

Əgər əyri oturub düz danışmaq lazım gəlsə, bizim hamımız seks-turizm ilə məşğul oluruq. Kiminsə hansısa “Tinder”də tanış olduğu oğlan ilə Barselonada təsadüfi gecələri və ya Berlində həftə sonları var. Mən İtaliyadan seksual təəssüratı olmadan qayıdan qız tanımıram.

ucarliyiq.biz xəbər verir ki, bu barədə seksual analitik Arina Xolina “Dojd” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, bir çox qadınlar ürək bulanmasına səbəb olan evdəki yataq səhnələrindən bezib, heç olmasa bir dəfə özlərini qadın kimi hiss etmək, yad, yaraşıqlı kişini qucaqlamaq, yeni ehtiras hiss etmək üçün Qırmızı və ya Aralıq dənizinə yola düşüblər.

“Belə çıxır ki, indi bütün bu qadınları zəmanətli həzzdən məhrum ediblər.

İndi meydana belə bir sual çıxır: bu yazıq qadınlar hara getsinlər? Avropalılar üçün Keniya uyğun gəlir, amma bizdə o istiqamətə heç bir turizm xidməti yoxdur. Əslində var, amma çox bahadır, ora artıq çox zənginlər gedir, həm də seks üçün yox, sadəcə yerli abidələrə baxmaq üçün.

Əlbəttə, İsrail var, ora getmək asandır: viza yoxdur, düzdür, bahadır, amma nə isə fikirləşmək olar. İldə iki dəfə getmək mümkündür. Cənubi Tel-Əviv kasıb, əsasən də Afrika miqrantlarının yaşadığı rayondur.

Doğrudur, bəziləri üçün çox qorxunc görünə bilər, amma əgər orada gecə yarısı tək, həm də lüt gəzməsən, qorxulu heç nə baş vermir. Günorta kafelərə getmək olar, orada kafe çoxdur, həm də ucuzdur. Məncə, elə orada kiminləsə tanış olmaq olar, çünki adətən elə hər şey belə başlayır”.

Daha sonra isə qadınlara Qafqaza - Azərbaycana, Gürcüstana, Ermənistana, Acariyaya, Abxaziyaya və s. gəlmək məsləhət görülür.

Həmin süjeti diqqətinizə çatdırırıq: