» » » Azərbaycan əhalisinin sayı açıqlandı – STATİSTİKA

Azərbaycan əhalisinin sayı açıqlandı – STATİSTİKA

Azərbaycan əhalisinin sayı açıqlandı – STATİSTİKA

Son rəqəmlər.

Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 94 min 300 nəfər və ya 1% artaraq 2015-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 687 min 300 nəfərə çatıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar-noyabr ayı üzrə açıqladığı hesabatda deyilib. 

“Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür”, - deyə komitədən bildirilib.