» » » Azərbaycanda 10 aya 10 mindən çox şəxs boşandı

Azərbaycanda 10 aya 10 mindən çox şəxs boşandı

Azərbaycanda 10 aya 10 mindən çox şəxs boşandı

DSK məlumat yaydı.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 138,4 min körpə doğulub və əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yanvar-noyabr ayı üzrə açıqladığı hesabatda deyilib. 

“Doğulan körpələrin 53,3%-ni oğlan, 46,7%-ni qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2 516-sı əkiz, 72-si isə üçəmdir.

Cari ilin 10 ayı ərzində 45,5 min ölüm halı qeydə alınıb və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb”, - deyə komitədən bildirilib. 

Bundan başqa, qeydiyyat şöbələri tərəfindən ölkədə 58,3 min nikah və 10,7 min boşanma halları qeydə alınıb, əhalinin hər 1 000 nəfərinə nikahların sayı 7,3, boşanmaların sayı isə 1,3 təşkil edib.