» » » Şəfa Mehmanqızı: Bayram günlərində sərnişinlərin sayı iki dəfə çox olacaq

Şəfa Mehmanqızı: Bayram günlərində sərnişinlərin sayı iki dəfə çox olacaq

Şəfa Mehmanqızı: Bayram günlərində sərnişinlərin sayı iki dəfə çox olacaq

“Süni qiymət artımına xüsusi nəzarət olunacaq”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində respublika üzrə rayon və şəhərlərarası sərnişindaşıma xidməti ilə 800-ə yaxın avtobus fəaliyyət göstərir. Bayram günlərində sərnişinlərin sayının iki dəfə çox olacağını nəzərə alaraq təxminən 100-ə yaxın avtobus ehtiyatda saxlanılıb.

ucarliyiq.biz xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

O qeyd edib ki, dekabrın 20-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin əməkdaşları, o cümlədən sürücülər gücləndirilmiş iş rejimində çalışacaqlar: 

“Bakı Beynəlxalq Avtovağzal Kompleksində respublika üzrə rayon və şəhərlərarası sərnişindaşıma xidməti ilə 800-ə yaxın avtobus fəaliyyət göstərir. Bayrama bir neçə gün qalmış sərnişinlərin sayında artım olduğu təqdirdə, ehtiyac yarandığı zaman ehtiyatdakı avtobuslar xətlərə buraxılacaq”.

Şəfa Mehmanqızı həmçinin vətəndaşlara müraciət edərək, onları biletləri öncədən almağa və ya onlayn rejimdə internet üzərindən sifariş verməyə çağırıb.

“Vətəndaşlar yaxşı olar ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəsmi saytına daxil olaraq (bbak.az), yaxud avtovağzalın kassalarına yaxınlaşaraq bir neçə gün öncədən biletləri sifariş  etsinlər”.

NİİM rəsmisi qeyd edib ki, biletlərin satış prosesinə daha ciddi şəkildə nəzarət olunacaq: 

“Süni qiymət artımına xüsusi nəzarət olunacaq. Kassaların yaxınlığında xüsusi kameralar quraşdırılıb. Bütün biletlər tək-tək yoxlanılacaq. Heç kim avtobus sürücüsündən bilet almasın.

Vətəndaş hər hansı problemlə üzləşərsə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qaynar xəttinə (012) 499 70 38 müraciət edə bilər. Dərhal vətəndaşın məsələsi araşdırılacaq, müvafiq ölçü götürüləcək”.