» » » Bizə əxlaqsız kimi baxırlar… - FOTO

Bizə əxlaqsız kimi baxırlar… - FOTO

Bizə əxlaqsız kimi baxırlar… - FOTO

Kimsəsiz qızların dəhşət dolu həyatı.

Onlar kimsəsizdirlər. Yanlarında nə ataları var, nə də anaları. Dar günlərində arxa-dayaq olacaq, yıxılanda əllərindən tuta biləcək qardaş-bacıları da yoxdur. İllər öncə valideynləri tərəfindən tərk edilən bu uşaqlar Bakının Qızıldaş qəsəbəsində özləri üçün kiçik bir dünya qurublar. Tək, kimsəsiz, amma ümid dolu dünya...

Hələ də kimlərinsə yolunu gözləyir, onları atan valideynlərini tapmaq ümidi ilə yaşayırlar. Yaşadıqları həyat, sadəcə dəhşət doludur.

ucarliyiq.biz xəbər verir ki, Azvision.az saytının əməkdaşı Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “kimsəsizlər yataqxanası”na baş çəkib, valideyn himayəsindən məhrum olan “uşaqlar”la görüşüb.

Müxbirin həmsöhbətlərindən biri illər öncə valideynlərini itirən Oksana və Alyona bacılarıdır.

“1989-cu ildə anadan olmuşam. 2000-ci ildə valideynlərimizin vəfatından sonra yetim qaldıq. Ailədə beş uşaq idik: 3 bacı, iki qardaş. Ata-anam dünyasını dəyişəndən sonra gedəcək yerimiz olmadığından küçələrdə qalmağa məcbur olduq. Hamı bizdən üz döndərdi. Hazırda yanımda bircə bacım Alyona var. Bacımdan başqa heç kimim yoxdur. Qardaş-bacılarım da bizdən üz döndəriblər, əlaqəmiz yoxdur”.

Bizə əxlaqsız kimi baxırlar… - FOTO

Oksana valideynlərini itirəndən sonra həyatının alt-üst olduğunu deyir: 

“Hamı bizdən üz döndərəndən sonra bacımla küçələrdə qaldıq. Günlərlə ac-susuz gəzirdik. Təsəvvür edin, tək qız uşaqları küçədə necə yaşaya bilər? Yağışlı havalarda zirzəmilərdə yatırdıq. 2001-ci ildə polislər bizim acınacaqlı vəziyyətimizi gördülər. Onlar kimsəsiz olduğumuzu bilib Mərdəkanda yerləşən 2 saylı internat məktəbinə gətirdilər. 9 il həmin məktəbdə təhsil aldım. Daha sonra bizi Qızıldaş qəsəbəsindəki yataqxanaya gətirdilər. Burada yerləşən məktəbdə 3 il mühasibat-operatorluq bölməsində oxumuşam”. 

Bizə əxlaqsız kimi baxırlar… - FOTO

Həmyaşıdları kimi Oksananın da ən böyük arzusu ailə qurmaq, xoşbəxt həyat yaşamaq olub: 

“Hər bir gənc qız kimi mən də xoşbəxt ailə qurmaq istəyirdim. Amma bu arzularım puç oldu.

Məktəbdə oxuyanda bir oğlanı sevirdim. Uşaq evindən çıxandan sonra onunla qeyri-qanuni şəkildə ailə qurduq. Bir oğlumuz oldu. Onun adı Brankeviç Ruslan Kamran oğludur. Hamilə olduğumu biləndə həmin oğlan çox qorxdu. Bilirdi ki, valideynləri heç vaxt mənimlə ailə həyatı qurmağına razı olmayacaq. Sevdiyim oğlan bizi atıb Rusiyaya qaçdı. Allah heç kimi kiməsə möhtac etməsin. İndi biz kiməsə möhtacıq. Həyatım boyu mən çox çətinliklər görmüşəm. Öz əziyyətim, alın tərimlə çörək pulu qazanmışam. Sosial müavinət almıram. O, heç uşağın üzünə belə baxmadan biz tərk edib getdi. Bir müddət sonra eşitdim ki, oğlan ailə həyatı qurub, amma övladı olmur. Allah heç vaxt yetimin haqqını yerdə qoymur. Anasından fərqli olaraq oğlum Ruslan yetim deyil. Onun atası olmasa da anası var. Mən oğlum üçün həm anayam, həm ata”.

Bizə əxlaqsız kimi baxırlar… - FOTO

Oksana ən böyük çətinliyinin evsizlik olduğunu söyləyir: 

“Çox istərdim ki, mənim də bir evim olsun. Gördüyünüz kimi bu yataqxanada iti bağlasan qalmaz. Çox pis vəziyyətdədir. Qışda soyuqdan donuruq. Mətbəx yox, hamam yox. Oğlum olandan sonra işləyə bilmirəm. Ona görə çətinlik çəkirəm, uşağa yemək, pampers ala bilmirəm. 

Bu yaxınlarda bizi Xoşqədəm Hidayətqızının verilişində biabır etdilər. Düzdür, nigahda olmadığım birindən uşağım oldu. Bu, o demək deyil ki, biz pozğunuq. Biz də insanıq. Biz də istəyirik övladımız olsun. Qocalanda bizə övladımızdan başqa heç kim kömək etməyəcək. 

Biz yetimik, kimsəsizik, amma fahişə deyilik. Bizim də atamız-atamız olsaydı, haqqımda belə söhbətlər danışmazdılar. Amma görürlər təkik, küçələrdə zülümlə çörək qazanırıq, hamı deyir ki, bunlar pozğundurlar”.