» » » “Günəşli” yatağındakı quyulardan birində yanğın tam söndürülüb

“Günəşli” yatağındakı quyulardan birində yanğın tam söndürülüb

“Günəşli” yatağındakı quyulardan birində yanğın tam söndürülüb

Neftin dənizə dağılması təhlükəsinin qarşısı alınıb.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli”  yatağındakı 10 saylı dərin özüllündəki baş verən yanğın bir quyuda tam söndürülüb. 

Bu barədə ucarliyiq.biz-a SOCAR-dan məlumat verilib. 

Məlumata görə, quyunun təhlükəsizliyi üçün lazım gələn bütün önləyici tədbirlər görülüb.
 
Qeyd olunub ki, söndürülən quyu neft quyusudur. Quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb.

Qeyd edək ki, hazırda hadisə yerində aparılan yanğınsöndürmə tədbirləri davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.