» » » Nazirlik diplomların vahid bazasını yaradıb

Nazirlik diplomların vahid bazasını yaradıb

Nazirlik diplomların vahid bazasını yaradıb

Təhsil Nazirliyi məlumat yaydı.

Azərbaycan Təhsil Nazirliyi gələn il ölkədə fəaliyyət göstərən ali məktəblərin verdiyi diplomların vahid məlumat bazasını istifadəyə vermək niyyətindədir.

ucarliyiq.biz ıctnews.az-a istinadən məlumatına əsasən, hazırda sistem üzərində son tamamlama işləri aparılır.

“Bu gün artıq bir çox ali məktəblərin son beş ildə verdikləri diplomların məlumat bazaları tam hazırdır. Gələn ilin birinci rübündə vahid sistem istifadəyə veriləcək və bununla da nazirlik daha bir elektron xidməti ictimaiyyətə təqdim edəcək”, - deyə nazirlikdən bildiriblər.

Növbəti mərhələdə nazirlik daha öncəki illərdə diplom alan ali məktəb məzunları haqda məlumatları sistemə daxil etmək niyyətindədir.