» » » Azərbaycanın kəşfiyyat tarixi necə dəyişdi?

Azərbaycanın kəşfiyyat tarixi necə dəyişdi?

Azərbaycanın kəşfiyyat tarixi necə dəyişdi?

Ad bir neçə dəfə dəyişdirilib.

Dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.

ucarliyiq.biz-ın verdiyi xəbərə görə,  transparency.az Azərbaycanın təhlükəsizlik orqanının tarixi ərzində neçə ad dəyişikliyi olduğuna nəzər salıb.

1919-cu ilin iyun ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə yaradılmış xüsusi xidmət orqanının adı əvvəlcə Dövlət Müdafiə Komitəsi olub, ancaq cəmi iki gün sonra o, Əksinqilabla Mübarizə Təşkilatına çevrilib.

1920-ci ildə qurulan sovet rejimi illərində xüsusi xidmət orqanı əvvəl Fövqəladə Komissiya adlanıb.

Sonralar ad bir neçə dəfə dəyişib:

Dövlət Siyasi İdarəsi

Birləşmiş Dövlət Siyasi İdarəsi

Xalq Daxili İşlər Komissarlığı

Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı

Dövlət Təhlükəsizlik Nazirliyi

Daxili İşlər Nazirliyi.

SSRİ dövründə xüsusi xidmət orqanının son adı Dövlət Təhlükəsizlik Komitəsi olub.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis edilib.

2015-ci il dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda verilən qərar faktiki olaraq Milli Təhlükəsizlik Nazirliyi adında xüsusi xidmət orqanının tarixə qovuşması deməkdir.

Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri:

Məmmədbağır Şeyxzamanlı: 1919

Nağı Şeyxzamanlı: 1919-1920

Semyon Pankratov: 1920

Baba Əliyev: 1920

Eyyub Xanbudaqov: 1920-1921

Mircəfər Bağırov: 1921-1927

Novruz Rizayev: 1927-1929

Mircəfər Bağırov: 1929-1930

Mixail Frinovski: 1930-1933

Aleksey Aqrba: 1933-1934

Yuvelian Sumbatov (Topuridze): 1934-1938

Mixail (Yakov) Rayev-Kaminski: 1938

Stepan Yemelyanov: 1939-1953

Anatoli Quskov: 1953-1956

Fyodor Kopılov: 1956-1959

Aleksandr Kardaşov: 1959-1963

Semyon Sviqun: 1963-1967

Heydər Əliyev: 1967-1969

Vitali Krasilnikov: 1969-1980

Ziya Yusifzadə: 1980-1988

Ivan Qorelovski: 1988-1989

Vaqif Hüseynov: 1989-1991

Ilhüseyn Hüseynov: 1991-1992

Fəxrəddin Təhməzov: 1992-1993

Nəriman Imranov: 1993-1994

Namiq Abbasov: 1994-2004

Eldar Mahmudov: 2004-2015.

2015-ci il dekabrın 14-də Orxan Sultanov Xarici Kəşfiyyat Xidmətinin, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyinat alıb. Mədət Quliyev həmin il oktyabrın 20-dən milli təhlükəsizlik nazirinin birinci müavini idi, nazir səlahiyyətlərini icra edirdi.