» » » Bu il toyu olan nazir övladları... - FOTO

Bu il toyu olan nazir övladları... - FOTO

Bu il toyu olan nazir övladları... - FOTO

Qarayevanın toyu 11 oktyabrda baş tutub.

Bu il Azərbaycanda nazirlər təkcə təmsil etdikləri qurumlarla deyil, övladlarının toy mərasimləriylə də gündəmə gəldilər.

ucarliyiq.biz “Qafqazinfo”-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlunun və mədəniyyət və turizm naziri Əbulfəs Qarayevin qızının xeyir işi 2015-ci ilə təsadüf etdi.

Belə ki, bu ilin fevral ayında fövqəl nazirin kiçik oğlu Nicat Heydərovun toyu olub. O, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalovun qızı ilə ailə həyatı qurub.

Bu il toyu olan nazir övladları... - FOTO

Digər nazir Əbülfəs Qarayevin yeganə qızı Suad Qarayevanın toyu isə 11 oktyabrda baş tutub. O, İran əsilli iş adamı Şəhriyarla ailə qurub. Cütlük bir neçə il öncə Londonda tanış olub.

Bu il toyu olan nazir övladları... - FOTO

Bu il övladlarına toy edənlər arasında eks-MTN şefi Eldar Mahmudov da var. Onun kiçik qızı Nərgiz 29 sentyabrda Rasim Əliyevlə nikaha daxil olub.

Bu il toyu olan nazir övladları... - FOTO

Sentyabrda daha bir toy isə Kəmaləddin Heydərovun I müavini, general-leytenant Rəfail Mirzəyevin ailəsində baş verib. Generalın oğlu Rəşad Mirzəyevin toyu Qəbələdə yerləşən “Qafqaz Riverside” otelində keçirilib.

Bu il ailə quranlar arasında Azərbaycan Millli Aviasiya Akademiyasının prezidenti, akademik Arif Paşayevin mərhum qardaşı Aqil Paşayevin oğlu, Paşa Həyat Sığorta şirkətinin Direktorlar Şurasının sədri Mircəlal Paşayev də var. Həmin toy mərasimi martın 14-də “Buta Palace”da qeyd olunub.

Xatıladaq ki, prezident İlham Əliyev ailə üzvləri ilə bərabər Mircəlal Paşayevin toyunda iştirak edib.

Bu il toyu olan nazir övladları... - FOTO