» » » Dəm qazından daha iki nəfər öldü

Dəm qazından daha iki nəfər öldü

Dəm qazından daha iki nəfər öldü

DİN məlumat yaydı.

Azərbaycanda dəm qazı daha iki nəfərin həyatına son qoyub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, dekabrın 15-nə keçən gecə Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Sənan Nəsibov və Sumqayıt şəhərində yaşayan Siraculla Mirzəyev evlərində dəm qazından zəhərlənərək ölüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.