» » » Röya və Abbas Yeni ili “Rixos Quba Azerbaijan”da qarşılayacaq!

Röya və Abbas Yeni ili “Rixos Quba Azerbaijan”da qarşılayacaq!

Röya və Abbas Yeni ili “Rixos Quba Azerbaijan”da qarşılayacaq!

Yeni il axşamı “Rixos Quba Azerbaijan” otelində sizi unudulmaz gecə gözləyir!

Dünya şöhrətli 5 ulduzlu Rixos otel şəbəkəsinə daxil olan “Rixos Quba Azerbaijan” otelində Yeni il gecəsi möhtəşəm konsert proqramı ilə qeyd olunacaq.

Bu münasibətlə Azərbaycan estradasının meqa ulduzları Röya Ayxan və Abbas Bağırov sevənlərini “Rixos Quba Azerbaijan” otelinə dəvət edir.

Yeni ili Qubada, əsrarəngiz performans ilə qeyd edəcək sevilən müğənnilər repertuarlarına daxil olan ən sevilən mahnıları dekabrın 31-dən yanvarın 1-nə keçən gecə otelin möhtəşəm səhnəsində ifa edəcək.

Gecədə eksklüziv hava-fişəng şousu, məşhur DJ Kənanın iştirakı ilə səhərə qədər non-stop DJ performansı, Ukraynadan dəvət olunmuş LE Grand şou qrupunun parlaq çıxışları və bir çox digər sürprizlərin olacağı gözlənilir. Leyla Quliyevanın aparıcılığı ilə keçiriləcək müsabiqə və lotereyalar gecənin iştirakçılarına maraqlı hədiyyələr qazandıracaq.

Yalnız bir bayram gecəsi ilə kifayətlənməyən “Rixos Quba Azerbaijan” oteli yeni 2016-cı ilin ilk günlərində qonaqlarına maraqlı və yaddaqalan bayram tətili vəd edir. Nəinki böyüklər, həmçinin uşaqlar da “Rixos Quba Azerbaijan” otelində keçirəcəyi bayram tətilindən zövq alacaq.

Fasiləsiz fəaliyyət göstərən Mini Club uşaq əyləncə mərkəzi, xüsusi dəvət olunmuş nağıl qəhrəmanları uşaqların bayramına bayram qatacaq. Tətilini “Rixos Quba Azerbaijan” otelinə etibar edənlər Le Chalette, Mosaic, LE Coquette restoranlarının ləziz təamlarından dadacaq, Diamond club-da ürəkdən əylənəcək.

“Rixos Quba Azerbaijan” otelində qarşılayacağınız Yeni il heç bir ilə bənzəməyəcək!

Ətraflı məlumat üçün https://www.facebook.com/RixosQubaAz/?fref=ts səhifəsinə keçə, və ya (+994 12) 499-71-71 və ya (+994 50) 233-11-44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.