» » » Bakıda məktəbəqədər kurs mərkəzində yanğın

Bakıda məktəbəqədər kurs mərkəzində yanğın

Bakıda məktəbəqədər kurs mərkəzində yanğın

FHN məlumat yaydı.

Paytaxtda məktəbəqədər kurs mərkəzində yanğın olub.

ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan məktəbəqədər kurs mərkəzində dəhlizin taxtadan ibarət arakəsmə divarı 2 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.