» » » Tərtərdə ev yandı

Tərtərdə ev yandı

Tərtərdə ev yandı

FHN məlumat yayıb.

Tərtər şəhərində 3 otaqlı ev yanıb.

ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır.

Yanğın zamanı ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir.

Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​