» » » Bakıda 3132 partlayıcı oyuncaq aşkarlandı

Bakıda 3132 partlayıcı oyuncaq aşkarlandı

Bakıda 3132 partlayıcı oyuncaq aşkarlandı

DİN məlumat yaydı.

Daxili İşlər Nazirliyi əməkdaşları Bakıda 3132 partlayıcı oyuncaq aşkar edərək götürüb. 

ucarliyiq.biz Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Buzovna, Əmircan, M.Ə.Rəsulzadə qəsəbələrində və Xırdalan şəhərində səyyari ticarətlə məşğul olan Ravil Ağayevdən, Şirvan Əsədovdan, Xəlil Hacıyevdən və Altay Rəhimovdan ümumilikdə 3132 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

Faktla bağlı araşdırma aparılır.