» » » Sabaha olan hava durumu açıqlanıb

Sabaha olan hava durumu açıqlanıb

Sabaha olan hava durumu açıqlanıb

ETSN məlumat yaydı.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq rayonlarında yağış yağacağı ehtimalı var, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.