» » » Bakıda bina yandı: 15 nəfər təxliyə olunub

Bakıda bina yandı: 15 nəfər təxliyə olunub

Bakıda bina yandı: 15 nəfər təxliyə olunub

FHN məlumat yaydı.

Bu gün Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 23 kv.m sahədə yanıb.

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və 15 nəfər bina sakini təxliyə olunub.  Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib. 

Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.