» » » PA-nın sektor müdiri: Radikal dini qruplar öz istəklərinə nail ola bilməyəcəklər

PA-nın sektor müdiri: Radikal dini qruplar öz istəklərinə nail ola bilməyəcəklər

PA-nın sektor müdiri: Radikal dini qruplar öz istəklərinə nail ola bilməyəcəklər

“Birinci sinifə gedən qızların yalnız 10 faizi 11-ci sinifə qədər oxuyur”.

Dini Qurumlarla İş üzrə Dövləti Komitəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclər dini radikalizm və ekstremizmə yox deyir” mövzusunda konfrans keçirib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda din-dövlət münasibətlərindən danışıb.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bəzi gənclər qara qüvvələrin əlində alət olur: 

“Təbliğat işlərində aktivlik nümayiş etdirilməlidir. Gənclərimizin tədris ocaqlarında yalnız təhsillə məşğul olmalıdır.

Təhlükəli dini cərəyanların yayılması qağandır, bu məsələdə ailə və tədris müəssisələrinin üzərinə mühüm vəzifə düşür.

KİV-lər də bu işlərdən yaxalarını kənara çəkməməlidirlər. Azərbaycan gəncliyi vətənpərvər, dövlətçiliyinə sadiqdir. Azərbaycanda gənclərimizi öz niyyətləri üçün istifadə etməyə çalışan bəzi radikal dini qruplar öz istəklərinə nail ola bilməyəcəklər.

Gənclərimizin dini ekstremizm və radikalizmə qarşı mübarizəsinə biz də dəstək veririk”.

Millət vəkili Şahin İsmayılov deyib ki, Nardaranda birinci sinifə gedən qızların yalnız 10 faizi 11-ci sinifə qədər oxuyur: 

“Bu kimi halların aradan qaldırılması vaibdir”.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, dini xurafata qarşı mübarizədə təhsil böyük önəm daşıyır: 

“Biz ilk növbədə azərbaycançı olmalıyıq. Müstəqillik bizə elə-belə verilməyib, şəhidlərimiz olub. Torpaqlarımızı da işğaldan sülh yolu ilə azad etməyə çalışırıq, bu olmayacaqsa, bu torpaqları da döyüşərək azad edəcəyik.

Məni dövlətçiliyimizdən heç kim ayıra bilməz. Bu, aldığım təhsillə, Azərbaycanın zəngin mədəniyyəti və ənənələri ilə bağlıdır. Sabah Gənclər Fondu növbəti qrant müsabiqəsini elan edəcək. Bu müsabiqədə dini radikalizmlə mübarizə istiqaməti də yer alacaq”.

Tədbir çıxışlarla davam edib.