» » » Azərbaycanın 13 rayonunun qazsız qaldı

Azərbaycanın 13 rayonunun qazsız qaldı

Azərbaycanın 13 rayonunun qazsız qaldı

Magistral qaz xəttində sızmalar olub.

Hacıqabul-Astara qaz kəmərindən qidalanan Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı rayonlarının və Lənkəran şəhərinin qaz təchizatı bu gün günorta saatlarından dayandırılıb.

ucarliyiq.biz Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycanın 13 rayonunun qaz təchizatının dayandırılmasına Hacıqabul-Astara magistral qaz xəttindəki  sızmalar səbəb olub.

“Azəriqaz” İB-dəki mənbələrdən əldə olunan məlumata görə, hazırda magistral qaz xəttində fasiləsiz təmir işləri aparılır. Qazsız qalmış 13 rayonun qaz təchizatının sabah saat 10 radələrində bərpa olunması nəzərdə tutulub.