» » » “Quş qripi” ilə əlaqədar monitorinqin nəticələri açıqlandı

“Quş qripi” ilə əlaqədar monitorinqin nəticələri açıqlandı

“Quş qripi” ilə əlaqədar monitorinqin nəticələri açıqlandı

Xidmət məlumat yaydı.

Azərbaycanda “quş qripi” ilə əlaqədar dekabrın 7-də başlanılan monitorinqin nəticələri bu gün açıqlanıb. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən ucarliyiq.biz-a bildirilib. 

“Götürülən nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməmişdir”, - deyə xidmətdən qeyd edilib. 

Xidmətdən bildirilib ki, köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməmiş, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib. 

Bundan başqa, xidmət əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edib ki, havaların getdikcə soyuması ilə əlaqədar ev və sənaye quşları baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın.

“Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin”, - deyə xidmətdən qeyd edilib. 

Qeyd edək ki, növbəti monitorinq yaz fəslində aparılacaq.