» » » Azad Rəhimov: Azərbaycanlılar üçün bilet qiymətlərinə 40 faiz endirim olacaq

Azad Rəhimov: Azərbaycanlılar üçün bilet qiymətlərinə 40 faiz endirim olacaq

Azad Rəhimov: Azərbaycanlılar üçün bilet qiymətlərinə 40 faiz endirim olacaq

“Yarışda yerli komanda olmayacaq”.

Azərbaycanlılar üçün bilet qiymətlərinə 40 faiz endirim olacaq. 

ucarliyiq.biz xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkəyə gələn qonaqlar şəhərdə yerləşən otellərdə, mehmanxanalarda rahat yerləşə biləcəklər: 

“Bakıda qonaqları qəbul etmək üçün 5 ulduzlu otellərin sayı kifayət qədərdi. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, paytaxtımızda 12 min çarpayılıq yer verilib. Pilotlar, rəsmilər və komandalar ümumilikdə 2500 nəfər təşkil edəcək. Onlar üçün yerlər artıq tutulub”.

A.Rəhimov Avropa Qran-Prisində yerli komandanın olmayacağını deyib.

Qeyd edək ki, Avropa Qran-Prisi 2016-cı ilin 17-19 iyununda Bakı küçələrində keçiriləcək.