» » » Erik Davidıç azərbaycanlı pilotlarla yarışdı – VİDEO

Erik Davidıç azərbaycanlı pilotlarla yarışdı – VİDEO

Erik Davidıç azərbaycanlı pilotlarla yarışdı – VİDEO

O, özü “Volcan” avtomobilinin sükanı arxasına oturdu.

Avtomobil blogeri Erik Davidıç Azərbaycanda çəkilmiş növbəti test-drayvın videosunu Youtube-da yerləşdirib.

ucarliyiq.biz xəbər verir ki, bu dəfə bloger “Audi RS7” markalı avtomobili sınaqdan keçirib.

Davidıç Azərbaycan Avtomobil Federasiyasından olan azərbaycanlı pilotlar ilə “Audi RS7” avtomobilini, “Volcan” (V1) yarış avtomobilini sürüb. Daha sonra isə özü “Volcan” avtomobilinin sükanı arxasına keçib, bir neçə təhlükəli manevr edib. 

Qeyd edək ki, Davidıç Azərbaycanda 10 test-drayv çəkib.

Erikin Azərbaycanda test etmək üçün seçdiyi avtomobillər arasında “Ferrari”, “Porsche 911”, “Aston Martin”, “Chevrolet Corvette” kimi idman avtomobilləri ilə yanaşı, “BMW E9” kimi klassik avtomobil markası da var.

ucarliyiq.biz Erik Davidıçın Azərbaycanda çəkilən növbəti test-drayvının videosunu təqdim edir:

Diqqət! Videoda qeyri-normativ leksika var.