» » » Bakıda kredit təşkilatının işçisi itkin düşüb – FOTO

Bakıda kredit təşkilatının işçisi itkin düşüb – FOTO

Bakıda kredit təşkilatının işçisi itkin düşüb – FOTO

“Evdə onu ailəsi, 8 aylıq qızı gözləyir”

Facebook-un Azərbaycan seqmnetində sosial şəbəkə istifadəçiləri fəal şəkildə itkin düşmüş gənc haqqında məlumatı paylaşırlar.

ucarliyiq.biz xəbər verir ki, Pərviz Əlibəylinin dostlarından biri internet şəbəkədə onun itkin düşməsi haqqında məlumat yerləşdirib.

“TƏCİLİ!!! Dostlar zəhmət olmasa maksimal dərəcədə paylaşın! Yaxın dostum itkin düşüb. Son dəfə o, 20 saylı məktəbin və Əzizbəyov heykəlinin yanında olub. Başqa heç bir məlumat yoxdur, polis onu tapa bilmir. Evdə onu ailəsi: 8 aylıq qızı, həyat yoldaşı və valideynləri gözləyir. Zəhmət olmasa onu görənlər 0517165545, 0517649303 nömrələrinə zəng edərək əlaqə saxlasınlar”, - itkin düşmüş Pərviz Əlibəylinin dostu yazır.

Pərvizin Facebook səhifəsindəki məlumatlara görə, o, 2013-cü ilin avqust ayından indiyə qədər “Merkuri” qeyri-bank kredit təşkilatında çalışır.

Pərvizin həmkarları, onun dünən evdən işə getmək üçün çıxdığını, amma işə gəlmədiyini bildiriblər.

Onun telefonları söndürülüb. Pərvizin həmkarları onun evdə və işdə heç bir problemi olmadığın deyiblər.

Bakıda kredit təşkilatının işçisi itkin düşüb – FOTO

Bakıda kredit təşkilatının işçisi itkin düşüb – FOTO