» » » Metroda hava daha təmiz olacaq – FOTO

Metroda hava daha təmiz olacaq – FOTO

Metroda hava daha təmiz olacaq – FOTO

Daha 6 yeni ventilyatorun quraşdırılması nəzərdə tutulur.

Bakı metrosunda istismar müddəti başa çatmaqda olan ventilyatorların daha güclüləri ilə əvəzlənməsi və ya modernləşdirilməsi prosesi sürətləndirilib.

ucarliyiq.biz "Bakı Metropoliteni" QSC-yə istinadən məlumat verir ki, bu ilin planına uyğun olaraq, "Gənclik" və "Nərimanov" stansiyalarında metropolitenin istismara verildiyi günlərdən istifadədə olan ventilyatorlar sökülərək, əvəzinə Almaniya istehsalı olan LTL TA tipli müasir analoqları qoyulub. 

Bu qurğular metropolitendə son illərdə tətbiq edilir. "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül", həmçinin yeni xəttin istismara veriləcək "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında da bu avadanlıqlar quraşdırılıb.

Əvvəlkilərlə müqayisə etdikdə, bu avadanlıqlar gücünə, məhsuldarlığına, texniki qulluq parametrlərinə görə, həcminin daha kiçik və münasib olması ilə fərqlənir.

Qayışlı hərəkət ötürücüsünün əvəzinə dişli çarxdan istifadə olunması, mühərrikin gücünün xeyli artıq olması hava axınının tənzimlənməsində xüsusi rol oynayır.

Ötən günlərdə istismara verilmiş ventilyatorların normal iş rejimində çalışması təmin edilib. Qarşıdakı dövrdə Rusiyadan alınmış daha 6 yeni ventilyatorun quraşdırılması və bir o qədər də rotor qrupunun dəyişdirilməsi nəzərdə tutulur.

Metroda hava daha təmiz olacaq – FOTO

Metroda hava daha təmiz olacaq – FOTO

Metroda hava daha təmiz olacaq – FOTO