» » » Nazir: Heç kəs razı olmaz ki, oğlu evlənməyə qız tapmasın – VİDEO

Nazir: Heç kəs razı olmaz ki, oğlu evlənməyə qız tapmasın – VİDEO

Nazir: Heç kəs razı olmaz ki, oğlu evlənməyə qız tapmasın – VİDEO

“Gedib başqa millətlərdən qız axtarmalı olsun?”

Azərbaycanda cins bərabərliyinin pozulması prosesi müşahidə olunur. 

ucarliyiq.biz xəbər verir ki, APA TV-nin yerli bürosunun xəbərinə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Ağdaşda vətəndaşları qəbul edən S.Müslümov jurnalistlərə açıqlamasında deyib ki, dünyada qəbul olunmuş tibbi normalara görə, hər yüz doğulan qız uşağına görə 105-106 oğlan uşağı normal hal sayılır:

"Bu da onunla bağlıdır ki, oğlanlar daha az dözümlü olduğuna görə 5-6 və sair yaşa qədər, ondan sonrakı yaşların özündə də oğlanların həm müxtəlif hadisələrlə bağlı - hansısa savaş, müharibə oldu əlbəttə ki, oğlanlar gedir, onlara bir şey olur. Ehtimal daha çox olduğuna görə 105-in həmin o 100-lə tarazlaşması baş verir.

Ona görə də bu mövcud normativdir. Təəssüflər olsun ki, son zamanlar Azərbaycanda 1990-cı ildən sonra bu proses başladı, hazırda da davam edir və mən deyərdim ki, pik nöqtəsinə çatıb. Hər 100 doğulan qız uşağına 117 oğlan uşağı düşür.

Bu, dünyada Çin Xalq Respublikasından sonra ikinci göstəricidir. Orda 100 qız uşağına 120 oğlan uşağı düşür".

Nazir qeyd edib ki, doğulmamış qız uşaqlarını abort yolu ilə tələf etmək həm mənəviyyata, həm milli mentalitetə ziddir:

"Ona görə də düşünürəm ki, hər kəs, Azərbaycan Respublikasının vətəndaşları bilməlidirlər ki, gələcəkdə millətin genefondunun pozulmaması üçün cins nisbətinin pozulması məsələləri təcili şəkildə ortadan qaldırılmalıdır. Bu, təkcə dövlətə aid olan məsələ deyil, eləcə də millətə aid olan məsələdir.

Heç kəs razı olmaz ki, iyirmi ildən sonra onun oğlu evlənməyə qız tapmasın, gedib kənar ölkələrdən, başqa millətlərdən qız axtarmalı olsun? Ona görə də hər kəs bunu dəqiq şəkildə anlamalıdır".