» » » “Keşikçi dağ” sərhəd zastavası kompleksi istifadəyə verildi – FOTO

“Keşikçi dağ” sərhəd zastavası kompleksi istifadəyə verildi – FOTO

“Keşikçi dağ” sərhəd zastavası kompleksi istifadəyə verildi – FOTO

DSX məlumat yaydı.

Bu gün Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” sərhəd zastavası kompleksi istifadəyə verilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzində ucarliyiq.biz-a verilən zastavanın istifadəyə verilməsi münasibətilə keçiri­lən təntə­nəli tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavi­ni general-leytenant Rəşad Sadıqov iştirak edib. 

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin sərhədçilərlə çoxsaylı görüşlərindən birinin məhz bu sərhəd zastavasının ərazisində baş tutması, 2005-ci ilin oktyabr ayının 12-də şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili ilə tanış olarkən sərhəd zastavasının yerləşdiyi ərazidəki Keşikçi dağının ən uca zirvəsinə qalxması, Ali Baş Komandanın qalxdığı yüksəklikdə sərhədçilər tərəfindən sonsuz ehtiramın və sədaqətin ifadəsi olaraq abidə ucal­dıl­ma­sı və həmin zirvənin “İlham Əliyev zirvəsi” adlan­dırılması bildirilib. 

“Keşikçi dağ” sərhəd zasta­va­sı Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazilərində xidmə­tin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son iki ay ərzində istifadəyə verilən dördüncü yeni sərhəd zastavası kompleksi olması qeyd edil­ib.

Qeyd olunub ki, müasir tələblərə cavab verən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Sərhəd zas­ta­vasındа şəхsi heyət üçün lаzımi məişət şərаiti оlаn yataqxana, yemək­xana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydan­­çası, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemi, hamam-cama­şırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilib. Sərhəd zasta­vasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadan­lıqlarla tam təmin edilib.