» » » Rövnəq Abdullayevin xalası oğlu da dənizdə itkin düşüb

Rövnəq Abdullayevin xalası oğlu da dənizdə itkin düşüb

Rövnəq Abdullayevin xalası oğlu da dənizdə itkin düşüb

Faciə baş verən gün o da digər neftçilərlə birgə 10-cu özüldə iş növbəsində olub.

Dekabrın 4-də “Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğın zamanı itkin düşən neftçilər arasında SOCAR prezidenti Rövnəq Abdullayevin xalası oğlu da var.

ucarliyiq.biz xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən bu faktı virtualaz.org saytına təsdiqləyiblər.

İtkin düşən neftçi, 43 yaşlı Əyyub Xəlil oğlu Əliyev uzun illər Dövlət Neft Şirkətində fəhlə işləyib. Faciə baş verən gün o da digər neftçilərlə birgə 10-cu özüldə iş növbəsində olub. 
Digər itkinlər kimi SOCAR prezidentinin yaxın qohumu Əyyub Əliyevi də xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, dekabrın 4-də baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışları da davam etdirilir.

Rövnəq Abdullayevin xalası oğlu da dənizdə itkin düşüb