» » » Şirvanda piyadanı vurub öldürdülər

Şirvanda piyadanı vurub öldürdülər

Şirvanda piyadanı vurub öldürdülər

Sürücü hadisə yerindən qaçıb.

Şirvan şəhərində piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.
 
Şəhər sakini, həmin ünvanda yaşayan 1949-cu il təvəllüdlü Soltanova İntizar Məhəmməd qızı naməlum avtomobil tərəfindən vurulub. 

Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən qadın həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
 
Sürücü hadisə yerindən qaçıb. Hazırda naməlum avtomobilin və sürücünün axtarışları davam etdirilir.