» » » Azərbaycanlı “avtoş” Tiflisdə böyük səs-küyə səbəb oldu - VİDEO

Azərbaycanlı “avtoş” Tiflisdə böyük səs-küyə səbəb oldu - VİDEO

Azərbaycanlı “avtoş” Tiflisdə böyük səs-küyə səbəb oldu - VİDEO

Gürcülər onu lentə alıblar.

Cümə günü Gürcüstanın paytaxtı Tiflisdə azərbaycanlının hərəkəti böyük səs-küyə səbəb olub. 

ucarliyiq.biz xəbər verir ki, dekabrın 18 Tiflisdə gürcülər Gürcüstanın Avropa ilə viza rejiminin ləğv edilməsini bayram ediblər.

Avropaya vizasız gediş-gəlişlə bağlı razılaşmanı bayram edən zaman bir azərbaycanlı Tiflisin mərkəzində “Hammer” markalı avtomobillə “avtoşluq” edib. 

Bunu görən gürcülər azərbaycanlının yolda etdiyi qanun pozuntularını telefon vasitəsi ilə lentə alıblar. Kameraya çəkildiyini görən azərbaycanlı sürücü daha da həvəslənib və avtomobil ilə müxtəlif qayda pozuntuları etməyə davam edib.

Gürcülər lentə alınan videogörüntüləri sosial şəbəkələrdə “blatnoy” qonaq (“ბლატნოი” სტუმრები) adı ilə paylaşıblar. Görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Elvin Əhmədov