» » » Bazar gününə olan hava proqnozu açıqlandı

Bazar gününə olan hava proqnozu açıqlandı

Bazar gününə olan hava proqnozu açıqlandı

Bəzi yerlərində zəif duman olacaq.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, dekabrın 19-da Bakı və Abşeron yarımadasının bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4, gündüz 8-11 dərəcə, Bakıda 1-3, gündüz 9-11 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.