» » » Azərbaycanda yeni qurum yaradıldı

Azərbaycanda yeni qurum yaradıldı

Azərbaycanda yeni qurum yaradıldı

Nazirlər Kabineti qərar qəbul edib.

Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib. 

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, qərara əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində payları dövlətə məxsus, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə orqanının yaradılmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin etmək tapşırılıb.  Əmlak Məsələləri Dövlət Komitəsi isə  “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidir.