» » » Abşeronda evdə partlayış: Xəsarət alan var

Abşeronda evdə partlayış: Xəsarət alan var

Abşeronda evdə partlayış: Xəsarət alan var

FHN məlumat yaydı.

Abşeron rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 67 kv.m olan 2 otaqlı mənzilin eyvanında qaz balonunun ani partlaması nəticəsində eyvanın pəncərəsi, su qızdırıcısı və ev əşyaları 2 kv.m sahədə yanıb.

ucarliyiq.biz-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı əl və üz nahiyəsindən yanıq xəsarəti alan bir nəfər yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.
 
Yanğın zamanı eyvanda olan digər qaz balonu təhlükəsiz əraziyə aparılıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.