» » » Dini konfessiyalar ABŞ Konqresinə etiraz məktubu göndərəcək

Dini konfessiyalar ABŞ Konqresinə etiraz məktubu göndərəcək

Dini konfessiyalar ABŞ Konqresinə etiraz məktubu göndərəcək

Mübariz Qurbanlı açıqlama verib.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsinə birgə etiraz edəcək.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. 

M. Qurbanlı deyib ki, bununla bağlı bu gün dini konfessiyaların rəhbərləri ilə razılıq əldə edilib: 

“Yəqin ki, bu günlərdə Helsinki Komissiyasının təqdim etdiyi sənədə etiraz əlaməti olaraq Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin imzası ilə ABŞ Konqresinə etirazımızı ifadə edən məktubumuzu göndərəcəyik”.