» » » Ramiz Əzizbəyli: Mənim qatarım getdi – VİDEO

Ramiz Əzizbəyli: Mənim qatarım getdi – VİDEO

Ramiz Əzizbəyli: Mənim qatarım getdi – VİDEO

Xalq artisti kövrəldi.

Xalq artisti Ramiz Əzizbəylinin tələbələri və “Onlar” verilişinin müxbiri kinorejissorun evində qonaq olublar.

ucarliyiq.biz xəbər verir ki, tələbələrindən birinin ifasından sonra kövrələn sənətkar bunları deyib:

“Kövrəldim, gözlərim yaşardı. Amma mən möhkəm adamam, xəstəliyə qarşı mübarizə aparıram. Mənim qatarım getdi. Qoy, tələbələrim var olsun”.

Rejissor hazırda ürəyində bir arzusunun olduğunu da söyləyib:

“Ayaqüstə duranda rejissor kürsüsündə yeni əyləşmək istərdim. Bu zaman tələbələrimi öz filmlərimdə baş rollarda çəkilməyə dəvət edəcəyəm”.

Qeyd edək ki, Ramiz Əzizbəyli 2014-cü ilin fevralında şəxsi avtomobilində sükan arxasında olarkən beyin insultu keçirib. Artıq iki ilə yaxındır ki, xəstəliyi ilə bağlı səhhətində ciddi problemlər yaşayan xalq artisti uzun müddətdir fəaliyyətindən kənarda qalıb.