» » » Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Məşhurlar Yeni İli necə qeyd edəcəklər?

Günə başlayar-başlamaz dolların bugünkü devalvasiyası mediada geniş müzakirə mövzusuna çevrildi. Hətta bununla bağlı sosial şəbəkə istifadəçiləri maraqlı foto və video-görünütülər də təqdim etdilər.

Məşhurlar da məsələyə biganə qalmayaraq öz ürək sözlərini sosial şəbəkədəki hesablarında bölüşdülər.

Nəzərə alsaq ki, Yeni ili qarşılaycağımıza sayılı günlər qalıb, belə bir vaxtda 1 dolların 1 manat 55 qəpik olması əsl “sürpriz” oldu.

ucarliyiq.biz İnformasiya Agentliyi məşhurlar arasında “Yeni ili kim harada qarşılaycaq? Dolların qalxmasını nəzərə alsaq, bunun üçün sizə nə qədər pul kifayət edə bilər?” adlı sorğu keçirdi.

Stilist Samiraldo:

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Mən gecə saat 12-yə kimi evdə olacağam. Sonra isə bayramı şəhərdə qeyd edəcəyəm. Yeni ili qarşılmaq üçün mənə 500 manat bəs edər.

Bir zamanlar 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı. Yəqin ki, indi də yaxşı olacaq.

Teleaparıcı Arzu Ümid:

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Türkiyəyə getməyi planlaşdırırdım.1 türk lirəsi də 53 qəpik olub. Yəqin ki, bilet də bahalaşcaq. Bayrama isə 10 gün qalıb. Bakıda keçirməli olacağam.

Bayram süfrəsini hazırlamağa isə ən azı 80-90 manat pul lazımdır ki, uşağın xatirinə birtəhər “yola verəsən”. Hələ başqa xərcləri demirəm.

Aparıcı-aktrisa Aysel Nazim:

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Yeni ili ailəmlə birlikdə Bakıda restoranların birində qarşılaycağam. Dolların qalxması mənim büdcəmə o qədə də təsir etmir, çünki əmək haqqımın bir hissəsini dollarla alıram. 2016-cı ili istədiyim kimi qarşılamaq üçün mənə 3-4 min manat lazım olacaq.

Aparıcı Azər İsmayılov:

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Qiymətlərin qalxması mənim işlərimə də təsir etdi. Yeni il abu-havasında deyiləm.

Müğənni Lətifə Soyuöz:

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Yeni ili hər zaman evdə ailə ilə qarşılayırıq, çünki həmin gün nənəmim doğum günüdür.

Dolların qalxmasına gəldikdə isə, bayram günlərində super istirahət etmək üçün 10-15 min dollar kifayət edər.

Aparıcı Fizzə İsmayılova:

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Evdə ailəmlə birgə qarşılayacağam.

Prodüser Ataş Hüseynov:

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

10 il restoranlarda, şou proqramlarda olmuşam. İndi heç bir müğənni ilə işləmirəm deyə, illər sonra Yeni ili evimdə keçirəcəyəm.

Aparıcı Lətafət Ələkbərova:

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Bakıda restoranların birində qeyd edəcəyəm.

“Şarm” qrupu:

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Yeni ili ailəmizlə birlikdə qeyd edəcəyik.Dolların qalxması hamıya təsir etdi, eləcə də bizə. Amma toy qiymətini qaldırmağı düşünmürük.

İdman aparıcısı Sənan Şəfizadə:

Samiraldo: 100 dollar 50 “şirvan” olanda insanlar yaxşı yaşayırdı

Yeni ili ailəmlə qeyd edəcəyəm. Dolların qalxmasını nəzərə alsaq, buna görə süfrədə olan təamlar bir qədər azalacaq. Eyni zamanda səfalı guşələrdən birndə istirahəti təxirə salacağıq. Dolların qalxması müəyyən planların reallaşmasına təsir edəcək. Daha çox işləmək, daha çox qazanmaq və büdcəyə qənaət etmək lazımdır.