» » » Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından qovuldu

Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından qovuldu

Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından qovuldu

Yoxlama aparılır.

Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq  prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, icra və əmək intizamının, eləcə də  prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın  vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.
 
Qeyd edək ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.