» » » Bakıda apteklər də bağlandı – FOTO

Bakıda apteklər də bağlandı – FOTO

Bakıda apteklər də bağlandı – FOTO

Məsələ ilə bağlı nazirlik açıqlama verib.

Bakıda dərman satışı ilə məşğul olan bir sıra apteklər bağlanıb.

Bu barədə ucarliyiq.biz-a şəhər sakinləri məlumat veriblər.

Onlar qeyd ediblər ki, səhər saatlarından etibarən dərman almaq istəyən zaman apteklərin bağlı olduğunu görüblər.

Apteklərdə satıcılar onlara bildiriblər ki, dollar qalxdığı üçün dərmanların qiymətləri sabahdan etibarən dəyişdiriləcək.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən qeyd edilib ki, dərmanların qiymətini Səhiyyə Nazirliyi təyin etmir:

“Ölkəmizdə satılan dərman preparatlarının qiymətini Səhiyyə Nazirliyi təyin etmir, bununla digər rəsmi orqanlar məşğuldur”.

Nazirliyin rəsmisi qeyd edib ki, hazırda heç bir dövlət səhiyyə müəssisələrində dərman təchizatı ilə bağlı problem müşahidə olunmur:

“Qeydiyyatda olan vətəndaşlara pulsuz təqdim edilən dərmanların verilməsində heç bir problem yoxdur”.

Xatırladaq ki, bu gün Mərkəzi Bank manatın üzən məzənnə siyasətinə keçdiyini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.

Bakıda apteklər də bağlandı – FOTO

Bakıda apteklər də bağlandı – FOTO

Elvin Əhmədov