» » » İnsan haqları üzrə işçi qrupu toplaşır

İnsan haqları üzrə işçi qrupu toplaşır

İnsan haqları üzrə işçi qrupu toplaşır

İclasda Prezident Administrasiyasının məsul əməkdaşları iştirak edəcəklər.

Azərbaycan vətəndaş cəmiyyətindən və hakimiyyət nümayəndələrindən ibarət birgə işçi qrupun növbəti iclası olacaq.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə əsasən, iclas dekabrın 24-də keçiriləcək.

İclasda hüquq müdafiəçiləri, deputatlar, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları iştirak edəcəklər.

Qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş işçi qrupun iclası prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini 2014-cü il oktyabrın 22-də yenidən bərpa edib.