» » » Rauf Mirqədirova bəraət istənilib

Rauf Mirqədirova bəraət istənilib

Rauf Mirqədirova bəraət istənilib

Ağayev müdafiə nitqi ilə çıxış edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə olan proses qapalı keçirilib.

İclasda vəkil Fuad Ağayev müdafiə nitqi ilə çıxış edib. Vəkil məhkəmədən Rauf Mirqədirov barədində bəraət hökmü çıxarılmasını xahiş edib.

Daha sonra Rauf Mirqədirov son söz demək üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 25-də davam etdiriləcək.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək R. Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.