» » » Bəzi rayonlara qar yağacaq

Bəzi rayonlara qar yağacaq

Bəzi rayonlara qar yağacaq

Arabir duman olacaq.

Bakıda və Abşeron yarımadasında sabah havanın əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12 dərəcə, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.