» » » Nazirlik bu il 370 tələbəyə iş tapıb

Nazirlik bu il 370 tələbəyə iş tapıb

Nazirlik bu il 370 tələbəyə iş tapıb

CV verənlərin sayı 3 mini ötüb.

2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 370 tələbə boş iş yerlərinə göndərilib. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə nazirlikdən deyilib. 

“128 nəfər əlavə təhsil kurslarına cəlb olunub, 3443 nəfər tələbə və məzundan şəxsi məlumatları (CV) qəbul edilib”, - deyə nazirlikdən bildirilib. 

Qeyd edək ki, nazirlik tərəfindən sonuncu yarmarka Bakı Slavyan Universitetində (BSU) təşkil ediliib. Yarmarkada 9-u dövlət, qalanları özəl sektora məxsus 62 müəssisə tərəfindən 382 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib.