» » » “Quş qripi” əleyhinə dərman idxal edən şirkətin Bakı ofisi bağlandı

“Quş qripi” əleyhinə dərman idxal edən şirkətin Bakı ofisi bağlandı

“Quş qripi” əleyhinə dərman idxal edən şirkətin Bakı ofisi bağlandı

Nazirlik məlumat yaydı.

"Schering-Plough Central East AG" şirkəti Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə report-a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini "Grata Azerbaijan" MMC-nin Bakı şəhərinin Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi,13A ünvanında yerləşən ofisinə bildirə bilərlər.

Qeyd edək ki, "Schering-Plough Central East AG" şirkəti ABŞ-ın əsas dərman istehsalçılarından biri olan "Merck & Co Inc."in törəmə qurumudur.

Xatırladaq ki, Azərbaycanda "Merck & Co Inc."in ən çox satılan H5N1 virusu ("quş qripi") əleyhinə istehsal etdiyi "Oseltamivir" tərkibli "Tamiflu" preparatıdır ki, hazırda həmin dərman vasitəsinin apteklərdə satılmadığı deyilir.