» » » ANS-ə qarşı 161 min manatlıq – CƏRİMƏ

ANS-ə qarşı 161 min manatlıq – CƏRİMƏ

ANS-ə qarşı 161 min manatlıq – CƏRİMƏ

İclas keçirildi.

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

ucarliyiq.biz-a MTRŞ-dən daxil olan məlumata görə, iclasda “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar 09 dekabr 2011-ci il tarixdə tərtib edilmiş və “ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş  inzibati protokollar üzrə inzibati xətalara dair işlərə baxılıb.

“ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Qanunun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar “ANS Müstəqil Yayım və Media Şirkəti” Milli Televiziya və Radio Şurasının qərarına əsasən ümumilikdə 161 000 (yüz altmış bir min) manat məbləğində cərimə edilib.