» » » Beynəlxalq Avtovağzalda uşaqlar üçün Yeni İl şənliyi keçirildi

Beynəlxalq Avtovağzalda uşaqlar üçün Yeni İl şənliyi keçirildi

Beynəlxalq Avtovağzalda uşaqlar üçün Yeni İl şənliyi keçirildi

XXI əsr və M-Trans MMC-nin rəhbərliyinə minnətdarlıq bildirilib.

Bakı Beynəlxalq Avtovağzalında yerləşən Baku Outlet Parkında XXI əsr MMC və M-Trans MMC-nin rəhbərliyi tərəfindən Bakı 2 saylı internat evinin kimsəsiz uşaqları üçün Yeni İl şənliyi təşkil olunub.

ucarliyiq.biz xəbər verir ki, şənlikdə təxminən 50-yə yaxın müxtəlif yaşda uşaqlar iştirak edib.

Uşaqlar xüsusi avtobuslarla uşaq evindən əyləncə mərkəzinə gətirilib. Onlar Baku Outlet Parkında yerləşən əyləncə mərkəzində oyuncaqlardan, attraksionlardan istifadə edərək əyləniblər.

Uşaqlar Yeni İl şənliyindən böyük zövq alıblar. Şaxta və Qar qızın gəlişi isə tədbirə daha da rəng qatıb. Şənlikdə uşaqlara xüsusi hədiyyələr paylanılıb.

Bir neçə saat davam edən şənlikdə uşaqlara sevinc bəxş edilib.

Uşaq evinin rəhbərliyi Bakı Beynəlxalq Avtovağzalında yerləşən Baku Outlet Parkının rəhbərliyinə, xüsusilə də XXI əsr MMC və M-Trans MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbir bitəndən sonra uşaqlar xoş əhval-ruhiyyə ilə avtobusla uşaq evinə çatdırılıblar.