» » » “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Həmkarlar kuboku” keçiriləcək

“Nə? Harada? Nə zaman?” oyunu üzrə “Həmkarlar kuboku” keçiriləcək

“Nə? Harada? Nə zaman?” oyunu üzrə “Həmkarlar kuboku” keçiriləcək

Final mərhələsində 20-dən komanda iştirak edəcək.

24 dekabr tarixində Bakıda ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə sayca 9-cu olan “Həmkarlar kuboku” adlı ənənəvi turnir keçiriləcək. 

ucarliyiq.biz xəbər verir ki, turnir Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

ATİAHİ Rəyasət Heyətinin müvafiq qərarı əsasında turnir iki mərhələdə təşkil olunub. Birinci mərhələdə ali məktəblərdə fakültələr arasında yarışlar keçirilib. Həmin yarışlar nəticəsində ali məktəblərin yığma komandaları formalaşaraq II mərhələdə çıxış etmək hüququnu qazanırlar.

Final mərhələsində ATİAHİ Respublika Komitəsinin xidmətində olan Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən 20-dən çox ali məktəblərin komandaları iştirak edəcəklər. Turnirin aparıcısı və suallar paketinin redaktoru “Turan” klubunun prezidenti Vüqar Zeynalovdur.