» » » Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıdı – FOTO

Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıdı – FOTO

Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıdı – FOTO

Digər küçələrdə təmir işləri yekunlaşıb.

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ucarliyiq.biz-a verilən məlumata görə, dekabr ayının 24-dən etibarən asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektində (Hökumət evinin qarşısı) yolun 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb. 

Qeyd olunan təmir işlərinin 28 dekabr, bazar ertəsi, yekunlaşacağı gözlənilir. 

Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işləri çərçivəsində Puşkin küçəsinin Nizami küçəsi ilə kəsişməsindən Neftçilər prospektinə qədər olan hissəsində təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. 

Bununla əlaqədar, Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində yerləşən işıqforun iş rejimi sarı döyünən işıqdan işlək vəziyyətə qaytarılıb.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıdı – FOTO